4 iyul 2012 19:45
İqor Prins: Lənkərana uduzmaq üçün gəlməmişik
Estoniyanın “Nomme Kalju” klubunun baş məşqçisi İqor Prins sabah Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları “Xəzər Lənkəran”la oyun öncəsi bu gün mətbuat konfransı təşkil edib. Azerisport.az Lənkəranda keçirilən mərasimdə səslənən fikirlərlə sizi də tanış edir.
- “Xəzər Lənkəran” haqda nə bilirsiz?
- Təəssüf ki, biz komandanız haqda o qədər də çox şey bilmirik. Deyilənə görə, komandada xeyli dəyişiklik olub. Cütün favoriti “Xəzər Lənkəran”dı. Müdafiədən oynamalı olacağıq. Komandanızın bir neçə oyununu görmüşəm. Amma bu, kifayət qədər informasiya toplamaq üçün yetərli deyil.

- Bəs öz komandanızın şansları barədə nə deyərdiz?
- Əgər şansımız olmasaydı, bura gəlməzdik. İlk oyunu yaxşı nəticə ilə başa vurmaq istəyirik.
- Əgər şansımız olmasaydı, bura gəlməzdik. İlk oyunu yaxşı nəticə ilə başa vurmaq istəyirik.
- Sizi hansı nəticə qane edir?
- Tallində nəyəsə ümid edə biləcəyimiz nəticə ilə qayıtmaq istəyirik.
- Komandamızın heyətində kimdən ethiyatlanırsız?
- Çətin sualdı. Komandanızın heyətində Azərbaycan yığmasının 4-5 futbolçusu çıxış edir. Həmçinin Rumıniyadan, Braziliyadan olan futbolçular var. Belə ümumi məlumatlarımız var. Vaxtilə “Xəzər Lənkəran”da oynamış Tixon Şişovun dediyinə görə, ötən illə müqayisədə dəyişikliklər çoxdu.
- Azərbaycanda hesab edirlər ki, “Xəzər Lənkəran” “Nomme Kalju”nu mübarizədən kənarlaşdırmalıdı...
- Bir həftə sonra görəcəyik. Hər bir komandanın öz ambisiyaları var. Biz bura uduzmaq üçün gəlməmişik. Bu tsikli uğurla başa vurmaq üçün əlimizdən gələni edəcəyik.
- Bir həftə sonra görəcəyik. Hər bir komandanın öz ambisiyaları var. Biz bura uduzmaq üçün gəlməmişik. Bu tsikli uğurla başa vurmaq üçün əlimizdən gələni edəcəyik.
- Komandanız 15 minlik azarkeş ordusunun təzyiqinə dözməyə hazırdı?
- Mənim bəzi oyunçularım üçün bu, ilk belə hadisə olacaq. Amma bu, ciddi problem yaratmamalıdı. Azarkeşlərinizin dəstəyi komandamın oyununa təsir göstərməyəcək. Ən azından buna ümidliyəm.
- Mənim bəzi oyunçularım üçün bu, ilk belə hadisə olacaq. Amma bu, ciddi problem yaratmamalıdı. Azarkeşlərinizin dəstəyi komandamın oyununa təsir göstərməyəcək. Ən azından buna ümidliyəm.