4 iyul 2012 20:07
Nomme Kaljunun prezidenti: Bizim büdcəmiz cəmi 800 min avrodu
Estoniyanın “Nomme Kalju” klubunun prezidenti Kuno Tehva Avropa Liqasının birinci təsnifat mərhələsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəmizdən və Lənkərandan danışarkən bunları dilə gətirib:
“Mən Bakını Avroviziya mahnı müsabiqəsini izləyərkən – televizordan görmüşdüm. Bura gələndən sonra ikinci Dubayı gördüm. Lənkəran Bakıdan çox fərqlənir. Burdakı insanlar çox istiqanlıdılar. Bizi çox çətin oyun gözləyir. “Xəzər Lənkəran” güclü komandadı. Qoy güclü qalib gəlsin. İki klubun büdcəsini müqayisə etmək istəmirəm. Bizim büdcəmiz 800 min avrodu. Təəssüf ki, bizdə hələ neft tapılmayıb”.