4 iyul 2012 20:26
Novruz Əzimov: Hücumda problemlərimiz olsa da, qələbə qazanmaq istəyirik
“Bakı”nın baş məşqçisi Novruz Əzimov sabah keçiriləcək Avropa Liqası birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə ilk oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az həmin mətbuat konfransından hazırlanan reportajı təqdim edir.
- “Bakı” “Mura” ilə oyuna nə dərəcədə hazırdı?
- Fikrimcə, 70-80 faiz hazırıq. Uğur qazanmağa çalışacağıq. Hücumda problemlərimiz var. Buna baxmayaraq, qələbə qazanmaq istəyirik. Çünki futbol təkcə hücumdan yox, həm də müdafiədən asılıdı.
- Fikrimcə, 70-80 faiz hazırıq. Uğur qazanmağa çalışacağıq. Hücumda problemlərimiz var. Buna baxmayaraq, qələbə qazanmaq istəyirik. Çünki futbol təkcə hücumdan yox, həm də müdafiədən asılıdı.
- Heyəti müəyyənləşdirmisiz?
- Hələ yox. Nurlan Novruzovla bağlı qərarımı qətiləşdirməmişəm. O, bu oyuna hazırdı. Amma təcrübəsi və soyyuqanlılığı çatışmadığı üçün qəti qərar verə bilmirəm.
- Hələ yox. Nurlan Novruzovla bağlı qərarımı qətiləşdirməmişəm. O, bu oyuna hazırdı. Amma təcrübəsi və soyyuqanlılığı çatışmadığı üçün qəti qərar verə bilmirəm.
- Demək olar ki, “Mura”nın Bakıya hələ də gəlib çıxmaması sizin şanslarınızı artırır?
- Məncə, “Mura”nın gecikməsi elə Sloveniya komandasının özünə müsbət təsir göstərəcək. İndi onlar oyuna daha yaxşı köklənəcəklər. Yadıma gəlir ki, 1984-cü ildə biz də “Karpatı” ilə oyuna gecikmişdik. Amma çıxdıq və heç-heçəyə nail olduq.

- Demək olar ki, yeni transfer olmayacaq?
- Olacaq. Biz qapıçı və hücumçu axtarırıq. Mən Aqil Məmmədova çox güvənirəm. O, oyuna hazırdı. Yeni qapıçıya gəlincə, bizim üç variantımız var idi. Birinci uyğun gəlmədi. Digər ikisi öncə razılıq versə də, Bakıya gələndən sonra transferdən imtina etdi. Hazırda Xalidu Sissoko da məşqlərini gücləndirib.
- Uinston Parksın meydana çıxmaq şansı nə dərəcədə yüksəkdi?
- O, ancaq bir hissə oynaya bilər. Tam olaraq ikinci oyuna hazır olacaq.
- Yoxlama matçında bu rəqibinizi 4:0 məğlub etməyiniz bu dəfəki görüşə təsir göstərə bilər?
- Biz “Mura”nın ondan sonrakı oyunlarını da görmüşük. Onların heyətində xeyli dəyişikliklər var.