4 iyul 2012 00:07
Amit Quluzadə özünə yeni klub tapdı (FOTO)
Türkiyənin “Erciyyespor” klubundan ayrılan Amit Quluzədə gözlənilməz qərar verib. Azerisport.az xəbər verir ki, “Rəvan” 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü ilə müqavilə bağladığını açıqlayıb.
Müqaviləyə əsasən Amit qarşıdakı bir ildə “Rəvan”ın formasını geyinəcək.
Qeyd edək ki, Amit “Erciyesspor”dan ayrılandan sonra “Neftçi”nin heyətinə qatılmışdı. O, hətta komandanın Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında da iştirak etmişdi. Amma son anda Amit başqa kluba keçməyə üstünlük verib.
