4 iyul 2012 00:19
Transın prezidenti: İnterlə oyunda qələbədən başqa nə gözləyə bilərik ki?
Estoniyanın “Trans” klubunun prezidenti Nikolay Burdakov Azərbaycanın “İnter” komandası ilə Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “İnter”lə oyundan nə gözləyirsiz?
- Yəqin ki, meydana çıxan hər kəs ancaq qələbə qazanmaq istər. “İnter” kimi, biz də qələbə qazanmağı hədəfləmişik. Başqa nə gözləyə bilərik ki? Hər halda hər şeyi oyub göstərəcək.

- Şanslar “İnter”in xeyrinədi?
- Mənə bu haqda dəqiq söz demək çətindi. Çünki biz hələ bu komanda ilə tanış deyilik. Azərbaycan futbolunun yüksəlişdə olduğunu bilirik. O da məlumdu ki, futbolla məşğul olmaq üçün kifayət qədər yaxşı şəraitiniz var. Rəqibimiz də sıradan komanda deyil.

- Bakıya hansı nəticə ilə getməyi arzulayırsız?
- Müsbət nəticə ilə. Başqa heç nə bizi qane edə bilməz (gülümsəyir).

- “Trans”ın öz stadionu “Narva”dadı. Amma siz “İnter”i Rakveredə qəbul edəcəksiz. Öz stadionunuz avrokubok oyunlarını qəbul etməyə hazır deyil?
- Bəli, o, UEFA-nın tələb etdiyi standartlara cavab vermir. Həm də hazırda Estoniyada stadionlarla bağlı problem var. Məsələ burasındadı ki, hazırda burda 19 yaşlılardan ibarət yığmalar arasında Avropa çempionatının oyunları keçirilir. Stadionlar hamısı doludu. Rakvereyə gəlincə, bura Narvadan 120 km uzaqlıqdadı. Ona görə də biz məhz bu stadionu seçdik. Ora oyuna bir gün qalmış gedəcəyik. Amma doğma stadionumuzda biz özümüzü daha azad hiss edə bilərdik.

- “İnter”i tanımadığınızı dediniz. Ümumiyyətlə, bu komanda barədə informasiya toplamamısız?
- İnformasiya toplayırıq. Əsasən də mətbuatdan. Həmçinin də Azərbaycanı tanıyan insanlardan. Bilirik ki, komandanın sükanı arxasında gürcü diasporası dayanır. Daha nə öyrənmək olar? “İnter”in hansı durumda olduğunu siz yaxşı bilirsiz. Bildiklərinizi bizimlə bölüşməzsiniz?

- Bu, bizim qaydalarda yoxdu. Bakıya uzun səfər “Trans” üçün maliyyə cəhətdən problem yarada bilməz ki?
- Pul itirmək həmişə çətin olur (gülür). İstənilən halda Bakıda olmalıyıq.

- Yəqin ki, daha zəif və ölkənizə yaxın rəqib arzulayırdınız...
- Bunu hər kəs arzulayır. Məsələn, biz istərdik ki, Latviya, Litva klublarından hansısa biri ilə görüşək. Və ya Finlandiya komandalarından birini. Onları daha yaxşı tanıyırıq.
- Avropa Liqasında komandanızın qarşısına nə məqsəd qoymusuz?
- Biz hələ birinci təsnifat mərhələsini keçmək istəyirik. Bunun nə dərəcədə real olduğunu tezliklə görəcəyik. Estoniyadakı ilk oyundan sonra “Avroliqada nə gözləyə bilərik” sualına aydınlıq gəlməlidi.