4 iyul 2012 00:27
Zestafoninin baş məşqçisi Neftçinin oyununu görüb təəccübləndi
Azərbaycan çempionu “Neftçi”nin Avstriya toplanışı çərçivəsində Rusiyanın “Kuban” (Krasnodar) klubuna qarşı keçirdiyi oyunu Gürcüstanın “Zestafoni” komandasının baş məşqçisi Georgi Çiabrişvili də izləyib. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bakılıların rəqibi olan gürcülər də hazırda Avstriyada təlim-məşq toplanışındadılar.
Məhz bu üzdən bir gün öncə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev də “Zestafoni”nin Bolqarıstan “Lokomotiv”inə (Plovdiv) qarşı oyununu izləmişdi. Çiabrişvili Azərbaycan çempionunun oyununu izlədikdən sonra təəccübünü gizlətməyib:
“Mən elə bilirdim ki, sizin komandanız zəifdi. Amma bu komandanın ifasında sürətli, texnikalı oyunun şahidi oldum. “Neftçi” güclü komandadı. Bizə bu komanda ilə oyunlarda çox çətin olacaq”.
“Mən elə bilirdim ki, sizin komandanız zəifdi. Amma bu komandanın ifasında sürətli, texnikalı oyunun şahidi oldum. “Neftçi” güclü komandadı. Bizə bu komanda ilə oyunlarda çox çətin olacaq”.
