4 iyul 2012 00:40
Almanlar Berti Foqtsu geri çağırırlar
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla bağlı yeni xəbərlər yayılıb. Azerisport.az xəbər verir ki, millimizin almaniyalı çalışdırıcısının adı Almaniya Futbol İttifaqının idman direktoru vəzifəsinə əsas namizədlər arasında hallandırılır.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Almaniyalı həmkarlarımızın fikrincə, Foqts bu posta ən layiqli namizəddi.
Qeyd edək ki, sözügedən vəzifəni Mattias Zammer tuturdu. Lakin o, Münhenin “Bayern” klubunun idman direktoru postuna təyin olunduğundan, yerinə başqa namizədlər gözdən keçirilir.
Berti Foqtsa gəlincə, onun AFFA ilə 2014-cü ilə qədər müqaviləsi var və bu anlaşmanı pozması inandırıcı görünmür.
