4 iyul 2012 00:46
İqor Prins Lənkəranda sorğu-sual olunacaq
Bu gün Lənkəran şəhər mərkəzi stadionunda UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu öncəsi "Xəzər Lənkəran" və Estoniyanın "Nomme Kalju" klublarının baş məşqçiləri mətbuat nümayəndələrinin suallarını cavablandıracaqlar. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun iştirakı ilə keçəcək mətbuat konfransı saat 18:00-da baş tutacaq.
"Nomme Kalju" klubunun baş məşqçisi İqor Prins isə media nümayəndələrinin önünə saat 19:00-da çıxacaq.
