4 iyul 2012 00:53
Kipr yığmasının qapıçısı Bakıya keçməkdən imtina etdi
“Bakı”nın yeni qapıçı almaq yönündə daha bir cəhdi boşa çıxıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın Kipr yığmasının qapıçısı Antonis Georqallideslə də danışıqları uğursuz başa çatıb.
Ötən gün onunla müqavilə bağlanılması gözlənilirdi. Lakin son anda futbolçu transferdən imtina edib və danışıqları dayandırıb.
Qeyd edək ki, “Bakı” bundan öncə Kolumbiya yığmasının üzvü Luis Enrike Martines, eləcə də serbiyalı Nikola Miloyeviçlə də danışıqlar aparmış, lakin istəyinə nail ola bilməmişdi.
