5 iyul 2012 12:54
Azərbaycan - Bəhreyn matçının hakimləri açıqlandı
Xəbər verdiyimiz kimi, avqustun 15-də, Bakı şəhərində Azərbaycan və Bəhreyn milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu gürcüstanlı hakimlər idarə edəcək. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmanın dördüncü hakimi də müəyyənləşib.
Bu, azərbaycanlı FİFA referisi Fariz Yusifovdu. Oyunun hakimlər briqadasını diqqətinizə çatdırırıq:
Baş hakim: George Vadaçkoria (Gürcüstan)
Baş hakimin köməkçiləri: Giorgi Kruaşvili, Levan Varamişvili (hər ikisi - Gürcüstan)
Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)
