5 iyul 2012 13:03
Peşəkar Futbol Liqası tender elan etdi
Peşəkar Futbol Liqası (PFL) tender elan edib. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytının yaydığı məlumatda bildirilir:
“2012-2013-cü il mövsümü futbol üzrə Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və birinci divizionun oyunlarının yayımı hüququ Peşəkar Futbol Liqasına məxsusdu. PFL yayım hüququnu əldə etmək istəyən teleradio şirkətləri arasında tender elan edir. Tender 06.07.2012-ci il saat 12:00-da AFFA-nın inzibati binasında təşkil ediləcək”.
