6 iyul 2012 02:00
Avropa Liqasında ilk oyunlar başa çatdı (YENİLƏNİB)
Futbol üzrə UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin qalan oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan klublarının da mübarizə apardığı turnirin iki oyunu iyulun 3-də keçirilmişdi.
Belə ki, bəzi iştirakçılar qarşılıqlı razılıq əsasında öz oyunlarını iki gün öncəyə keçirmişdilər. Bunlar Farer adaları, Belarus, Makedoniya və Şimali İrlandiya klublarıydı. Onların iştirakı ilə baş tutan ilk görüşlərdən biri darmadağın, digəri qolsuz başa çatmışdı. "Gomel" səfərdə "Vikingur"u 6 cavabsız qolla məğlub etmişdi. "Shkendija" - "Portadown" matçında isə tərəflər qapılara qol vurulmamışdı.
Digər bütün iştirakçıların ilk oyunları isə bu gün baş tutub. Azərbaycan Avroliqada üç klubla təmsil olunur – “Bakı”, “Xəzər Lənkəran” və “İnter”. Təmsilçilərimiz də mübarizəyə məhz bu gün qoşulublar. Doğma meydanda mübarizəyə başlayan "Xəzər Lənkəran"la "Bakı" çox təəssüf ki, qələbə qazana bilməyib. Amma "İnter" səfərdə çıxış etməsinə rəğmən, cütün taleyini elə ilk oyundaca həll etməyə nail olub.
Birinci təsnifat mərhələsinin ilk oyunlarında qeydə alınan bütün nəticələrlə aşağıda tanış ola bilərsiz. Qeyd edək ki, cavab oyunları iyulun 12-də keçiriləcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (ilk oyunlar)
3 iyul
Vikingur (Farer adaları) – Gomel (Belarus) - 0:6 (0:0)
Shkendija (Makedoniya) – Portadown (Şimali İrlandiya) - 0:0 (0:0)
5 iyul
XƏZƏR LƏNKƏRAN (AZƏRBAYCAN) – Nomme Kalju (Estoniya) - 2:2 (2:1)
Renova (Makedoniya) – Libertas (San Marino) - 4:0 (2:0)
Rudar (Monteneqro) – Shirak (Ermənistan) - 0:1 (0:0)
Jagodina (Serbiya) – Ordabası (Qazaxıstan) - 0:1 (0:0)
Trans (Estoniya) - İNTER (AZƏRBAYCAN) - 0:5 (0:2)
Kuopio (Finlandiya) – Llanelli (Uels) - 2:1 (2:1)
Levadia (Estoniya) - Şiauliai (Litva) - 1:0 (0:0)
BAKI (AZƏRBAYCAN) – Mura (Sloveniya) - 0:0 (0:0)
Elfsborg (İsveç) – Floriana (Malta) - 8:0 (5:0)
Punik (Ermənistan) - Zeta (Monteneqro) - 0:3 (0:0)
JJK (Finlandiya) – Stabek (Norveç) - 2:0 (1:0)
Differdange (Lüksemburq) – Runavik (Farer adaları) - 3:0 (2:0)
Dacia (Moldova) – Celje (Sloveniya) - 1:0 (1:0)
Suduva (Litva) – Daugava (Latviya) - 0:1 (0:0)
Birkirkara (Malta) – Metallurg (Skopye, Makedoniya) 2:2 (0:1)
Tirana (Albaniya) – Grevenmacher (Lüksemburq) - 2:0 (2:0)
Torpedo (Kutaisi, Gürcüstan) – Aktobe (Qazaxıstan) - 1:1 (0:0)
Sarajevo (Bosniya və Herseqovina) – Hibernians (Malta) - 5:2 (2:2)
FC Santa Coloma (Andorra) – Osijek (Xorvatiya) - 0:1 (0:0)
Twente (Hollandiya) – UE Santa Coloma (Andorra) - 6:0 (2:0)
Streymur (Farer adaları) – Gandzasar (Ermənistan) - 3:1 (2:0)
Lech (Polşa) – Jetısu (Qazaxıstan) - 2:0 (0:0)
Olimpija (Sloveniya) – Jeunesse (Lüksemburq) - 3:0 (0:0)
MTK (Macarıstan) - Senica (Slovakiya) - 1:1 (1:0)
Flamurtari (Albaniya) – Honved (Macarıstan) - 0:1 (0:0)
La Fiorita (San Marino) - Metallurg (Lieapaya, Latviya) - 0:2 (0:1)
Teuta (Albaniya) – Metallurg (Rustavi, Gürcüstan) - 0:3 (0:0)
Cefn Druids (Uels) - MYPA (Finlandiya) - 0:0 (0:0)
Cliftonville (Şimali İrlandiya) - Kalmar (İsveç) - 1:0 (0:0)
Bohemians (İrlandiya) – Tor Akureyri (İslandiya) - 0:0 (0:0)
Sent-Patriks (İrlandiya) – İBV (İslandiya) - 1:0 (1:0)
Bangor City (Uels) - Zimbru (Moldova) - 0:0 (0:0)
Crusaders (Şimali İrlandiya) - Rosenborg (Norveç) - 0:3 (0:1)
Borac (Bosniya və Herseqovina) – Celik (Monteneqro) - 2:2 (2:1)
Hafnarfyordur (İslandiya) - Eschen/Mauren (Lixtenşteyn) - 2:1 (1:0)
