5 iyul 2012 13:15
İnterin oyunçusu Juventusda
Futbol üzrə son İtaliya çempionu "Juventus" heyətini daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Turin təmsilçisi "İnter"in müdafiəçisi Lusionu transfer edib.
Türkiyənin "Fenerbahçe" klubunun da transfer hədəfində olan braziliyalı futbolçu İtaliyada qalmağa qərar verib. Belədə, "İnter"lə müqaviləsini qarşılıqlı olaraq ləğv edən 34 yaşlı futbolçu "Juventus"la rəsmi sözləşmə imzalayıb.
Qeyd edək ki, 2009-cu ildən "İnter"in şərəfini qoruyan Lusio keçirdiyi 96 oyunda cəmi 3 dəfə rəqib qapılarına yol tapıb. Maraq üçün xatırladaq ki, "Juve" bundan öncə Covinko, Asamoa və İslanı da heyətinə qatmışdı. Lusio isə turinlilərin bu yay dördüncü yeni oyunçusudu.
