5 iyul 2012 13:21
Azərbaycanlı futbolçular Rusiyada legioner sayılmayacaq
Yeni mövsümdən Rusiya Premyer Liqasında çıxış edəcək MDB ölkələrinin futbolçuları legioner hesab olunmayacaq. Azerisport.az xəbər verir ki, bu barədə qərar Rusiya Futbol Federasiyası İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.
Belə olan halda bizim futbolçular da Rusiyada legioner sayılmayacaqlar. Çünki Azərbaycan da MDB-nin üzvü olduğundan bizim ölkədən olan futbolçuların qonşu ölkə klublarına keçidi problemsiz başa gələcək.
