5 iyul 2012 21:52

Xəzər Lənkəran ilk oyunda qələbə qazana bilmədi (YENİLƏNİB)

Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Xəzər Lənkəran” da ilk oyununa çıxıb.
 
Komandamızın rəqibi Estoniya çempionatının hazırkı lideri “Nomme Kalju” klubudu. İndiyə qədər avrokuboklarda bir dəfə də mərhələ adlaya bilməyən “ağ-yaşıllar” eyni zamanda qələbə də qazana bilməyib. Yunis Hüseynovun rəhbərliyi altında ilk dəfə qitə miqyaslı yarışlarda qüvvəsini sınayan cənub təmsilçisi tarix yazmaq istəyindəydi. Çünki qazanılacaq tarixi qələbə Estoniyadakı cavab matçında “Xəzər Lənkəran”ın işini asanlaşdıra bilərdi.
 
Lakin təəssüf ki, komandamız kifayət qədər üstün oyun nümayiş etdirdiyi rəqibini yenə bilməyib. Məhsuldar heç-heçə isə cavab görüşü öncəsi rəqibə daha çox sərf edir.
 
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 10-da Estoniyada keçiriləcək.
 
Avropa Liqası
1-ci təsnifat mərhələsi (ilk oyun)
5 iyul
 
XƏZƏR LƏNKƏRAN – NOMME KALJU - 2:2 (2:1)
Qollar: H.Vakuy, 5 (0:1), B.Subaşiç, 6 (1:1). M.Skarlatake, 30 (2:1), E.Puri, 69 (2:2)
Hakimlər: Mitya Zqaneç, Qreqor Royko, Robert Vukan, Draqoslav Periç (Hamısı Sloveniya).
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus).
Hakim-inspektor: Yari Maysonlahti (Finlandiya).
 
XL: Kamran Ağayev, Elnur Allahverdiyev, Robert Alviz, Ruslan Abışov, Sadio Tounkara (R.Qomes, 72), Eder Bonfim, Rahid Əmirquliyev, Adrian Pit, Adrian Skarlatake, Rendal Brenes, Branimir Subaşiç.
Ehtiyat oyunçular: Kamal Bayramov, Akif Tağıyev, Alim Qurbanov, Elnur Abdullayev, Radomir Todorov, Kamran Abdullazadə, Rikardo Qomeş.
NK: Vitali Teleş, Alo Barenqrub, Jorj Rodriqes, Eyno Puri, Çesay Yankuba, Damiano Kvinteri (Y.Evdokimov, 87), Olivera Konsa (T.Melts, 85), Kristen Viikmae, Ken Kallaste, Hidetoşi Vakuy, Tixon Şişov.
Ehtiyat oyunçular: Marçin Zomerski, Marko Byanki, Andres Kooqas, Yuri Evdokimov, Sergey Terexov, Hidekai Takeda, Tanel Melts.
 
Oyun başladı
5. Qonaqların hücumu zamanı müdafiəçilərimizin sayıqlığı itirməsindən yararlanan Vakuy hesbı açır - 0:1
6. XL kornerdən yararlana bilmir
6. Amma epizodun davamında Subaşiç bərabərlik qoluna imza atır - 1:1
10. Subaşiçin növbəti qol vurmaq cəhdi: top qapının üstündən keçir
10. Komandamız oyuna tam nəzarət edən tərəfdi
13. XL cərimə zərbəsindən yaxşı yararlana bilmir
15. Estonların əks-hücum cəhdləri çox təhlükəli alınır
28. Alviz sarı vərəqə alır
30. Skarlatake Pitin ötürməsini dəqiq baş zərbəsi ilə qonaqları meydanın mərkəzinə dəvət edir - 2:1
36. E.Allahverdiyev də sarı vərəqə ilə cəzalanır
37. Kalleste təhlükəli nöqtədən cərimə zərbəsi vurur: Kamran son anda əla reaksiya nümayiş etdirir
38. XL az qala üçüncü qolu vuracaqdı. Son anda Teleş qola imkan vermir
41. Subaşiçin daha bir zərbəsini Teleş kornerə çıxarır
43. Alvizin zərbəsi qapı dirəyindən qayıdır
İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Bonfimin zərbəsini qapıçı tutur
51. R.Əmirquliyev sarı vərəqə ilə cəzalanır
53. Brenes də sarı vərəqə ilə cəzalanır: simulyasiya
65. XL hücumda fəal olsa da, rəqib qapısına düşə bilmir
66. Subaşiçin uzaq məsafədən möhtəşəm zərbəsi qapı çatından qayıdır
69. Vurmayana vurarlar prinsipi işə düşür: Puri cərimə zərbəsi zamanı qapı qarşısındakı qarışıqlıqdan istifadə edib hesabı bərabərləşdirir - 2:2
72. Tounkara yerini R.Qomesə verir
75. Sloveniyalı hakim bu oyunda nəinki meydan sahiblərinə simpatiya bəsləmir, əksinə XL-ın oynamasına imkan vermir. Cənub təmsilçisi hakimlikdən şikayətlənə bilər
79. Bonfimin zərbəsi zamanı topun qapıya girməsinə Teleş mane olur
80. XL cərimə zərbəsini yerinə yetirir: Pitin zərbəsi zamanı top qapıdan yan keçir
85. Konsanın əvəzində meydana Melts çıxır
87. Kvinterini Evdokimov əvəzləyir
90. XL təhlükəli nöqtədən cərmə zərbəsi vuracaq: Abışovun zərbəsi zamanı top canlı səddən kornerə çıxır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. XL kornerdən yararlana bilmir
90_2. Kamran qonaqların hücumu zamanı topu tutur
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.