5 iyul 2012 22:26

İnter Estoniyadan 5 qolla qayıdır (YENİLƏNİB)

Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “İnter” də ilk oyununa çıxıb.
 
Komandamızın rəqibi Estoniya çempionatının ortabablarından olan “Trans” klubudu. “Bankirlər” bu görüşdən sərfəli nəticə ilə ayrılmağı hədəfləmişdilər. Hər halda cütün taleyini Bakıda həll etmək şansını saxlayan Kaxaber Tsxadadzenin yetirmələri səfərdə də münasib nəticəyə imza atmalıydılar. Onlar bu arzularına artıqlamasıyla çatıblar. Belə ki, "İnter" səfərdə 5 cavabsız qol vurmaqla cütün taleyini demək olar ki, ilk oyunda həll ediblər.
 
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 12-də Bakıda keçiriləcək.
 
Avropa Liqası
1-ci təsnifat mərhələsi (ilk oyun)
5 iyul
 
TRANS – İNTER – 0:5 (0:2)
Qollar: B.Tsxadadze, 12 (0:1), B.Tsxadadze, 36 (0:2), A.Məmmədov, 63 (0:3), G.Adamiya, 71 (0:4), N.Hacıyev, 78-pen (0:5)
Hakimlər: Aleksandr Buko, Cimmi Kremers, Patrik Plumes, Loran Kolemonts (Hamısı Belçika).
UEFA nümayəndəsi: Miloş Markoviç (Serbiya).
Hakim-inspektor: Stefan Ormandjiev (Bolqarıstan). 
 
TRANS: Vladimir Malkov, Aleksandr Abaramenko, Stanislav Kitto, Erik Qriqoryev, Aleksey Kuplov-Oqinski, Sergey Kazakov, Vitali Qusev, Dimitris Medeçkis, Aleksandr Alekseyev, Sergey Leontoviç, Maksim Qruznov.
Ehtiyat oyunçular: Aleksey Matrosov, Artyom Şkinyev, Vitali Kutuzov, İqor Ovsyannikov, Vladislav Federov, Dmitri Dorisov, Aleksandr Kulik.
İNTER: Georgi Lomaya, Valeri Abramidze, Vladimir Levin, Slavço Georgiyevski, Asif Məmmədov, İlia Kandelaki, Brüs Abdulayev, Arif Daşdəmirov, İbrahim Niasse, Baçana Tsxadadze, Georgi Adamiya.
Ehtiyat oyunçular: Revaz Tevdoradze, Nizami Hacıyev, Daniel Genov, Asif Mirili, Petar Zlatinov, Tales Şütz, Ruslan Əmircanov.
 
Oyun başladı
5. Alekseyev təhlükəli vəziyyət yaratsa da, qapıya zərbə endirə bilmədi
10. Adamiyaya qarşı kobudluğa görə cərimə zərbəsini Slavço yerinə yetirir: qapıçı yerindədi
12. Tsxadadze dəqiq zərbə ilə hesabı açır – 0:1
18. Adamiya üç rəqibini geridə qoysa da, son anda bu əla hərəkətlərini yaxşı ötürmə ilə tamamlaya bilmir
19. Adamiya az qala ikinci qolu vuracaqdı. Amma rəqib qapıçı komandasını qoldan xilas edir
28. Medeçki oyunda sarı vərəqə alan ilk futbolçu olur
30. "İnter" rəqibini tam olaraq qapısına sıxışdırıb
32. Asifin təhlükəli zərbəsi zamanı qapıçı komandasını qoldan xilas edir
33. Tsxadadzenin zərbəsi zamanı yenə Malkov əla reaksiya göstərir
33. A.Məmmədovun daha bir zərbəsini yenə Malkov qapı xəttindən çıxarır!
36. Tsxadadze özünün və komandasının ikinci qolunu vurur - 0:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Adamiyanın zərbəsini Malkov dəf edir
48. A.Məmmədov qapıya düşə bilmir
49. Niassenin zərbəsi hədəfdən yan keçir
52. Adamiyanın cərimə zərbəsini qapıçı tutur
53. Abramidzenin zərbəsi qapıya düşmür
58. Niassenin qapıya zərbəsini Malkov qaytarır
60. Daşdəmirov əla vəziyyəti qola çevirə bilmir
62. Tsxadadze hədəfə düşə bilmir
63. Qruznovu Kutuzov əvəzləyir
63. Asif komandamızın üçüncü qoluna imza atır - 0:3
64. Leontoviçi Borisov əvəzləyir
67. Asifin növbəti zərbəsini Malkov dəf edir
68. A.Məmmədovu N.Hacıyev əvəzləyir
69. N.Hacıyevin zərbəsi qapıdan yan keçir
71. Hacıyevin ötürməsini Adamiya tora qovuşdurur - 0:4
74. Tsxadadze yerini T.Şützə verir
77. "İnter" penalti qazanır. Hacıyev zərbəni dəqiq yerinə yetirir - 0:5
82. Adamiya Genovla əvəzlənir
86. Qusevi Şkinyev əvəzləyir
86. Niasse qapıya dəqiq zərbə endirə bilmir
89. Şützün zərbəsi qapıdan yan keçir
90. Genovun zərbəsi qapı dirəyindən qayıdır
90+1. Şützün də zərbəsi dirəkdən qayıdır
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.