5 iyul 2012 22:49
Bakı 4 qol vurduğu Muranı məğlub edə bilmədi (YENİLƏNİB)
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Bakı” da ilk oyununa çıxıb.
Komandamızın rəqibi Sloveniya təmsilçisi “Mura”dı. Bir müddət öncə keçirdikləri yoxlama matçında bu rəqibini 4 cavabsız qolla məğlub edən “zolaqlılar” indi rəsmi oyunda da eyni uğuru təkrarlamaq istəyirdilər. Çünki belə olan halda “Bakı”nın səfərdə keçiriləcək cavab matçında işi xeyli asanlaşa bilərdi.
Amma rəsmi oyun tam fərqli alınıb. Belə ki, "zolaqlılar"ın bütün cəhdlərinə rəğmən, rəqib qapısına yol tapmaq mümkün olmayıb. Beləcə, bu iki komanda hər şeyə Sloveniyada aydınlıq gətirməli olacaqlar.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 12-də Sloveniyada keçiriləcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (ilk oyun)
5 iyul
BAKI - MURA - 0:0 (0:0)
Hakimlər: Sergey Dankovski, Yevgeni Xalamendik, Aleksandr Yakimenko, Vitali Romanov (Hamısı Ukrayna).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Hakim-inspektor: Oleq Çikun (Belarus).
BAKI: Aqil Məmmədov, Edemir Rodriqes, Denis İvanov, İbrahim Karqbo, Deyvidas Çesnauski, Juninyo, Lukas Horvat, Cəmşid Məhərrəmov, Maris Verpakovski, Nenad Kovaçeviç, Aleksandr Şoliç.
Ehtiyat oyunçular: Xalidu Sissoko, Duje Bakoviç, Elvin Məmmədov, Nurlan Novruzov, Şəhriyar Əliyev, Uinston Parks, Rəhman Hacıyev.
MURA: Ales Luk, Denis Kramar, Erik Yanja, Leon Sreş, Nusmir Fayiç, Damyan Bohar, Leon Horvat, Fabian Çipot, Draqan Eliç, Matiç Maruşko, Mate Eteroviç.
Ehtiyat oyunçular: Tadey Çipot, Denis Barbiç, Andrey Lotriç, Rok Qruskovnyak, Mitya Botyak.
Oyun başladı
10. "Bakı" oyunda tam üstünlüyə malik olsa da, hələ ki, istəyinə nail ola bilmir
15. Qonaqların kornerdən fərqlənmək cəhdi alınmır
23. Juninyonun cərimə zərbəsini İvanov qapıya göndərə bilmir
24. Şoliçin təhlükəli zərbəsi hədəfə düşmür
25. Şoliçin zərbəsini Luk dəf edir
29. Verpakovskinin zərbəsini qapıçı qaytarır
31. "Mura" təhlükəli qol vəziyyəti yaratsa da, A.Məmmədov qola imkan vermir
31. "Bakı"nın əks-hücumunu Çesnauski qola çevirməyə yaxın idi. Amma rəqib qapıçı qolun qarşısını alır
37. Juninyonun cərimə zərbəsi qapıdan yan keçir
40. Verpakovskinin zərbəsi müdafiəçilərdən dönür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Horvatın zərbəsini Luk dəf edir
55. Şoliçin əvəzində meydana R.Hacıyev çıxır
60. "Bakı" tam üstünlüyə malik olsa da, rəqib qapısına yol tapa bilmir
62. E.Məmmədov M.L.Horvatın əvəzində meydana çıxır
65. Yanja sarı vərəqə alır
66. "Bakı" kornerdən fərqlənə bilmir
70. Verpakovski yerini Parksa verir
71. E.Məmmədov sarı vərəqə ilə cəzalanır
75. Edemirin yaxın məsafədən baş zərbəsi düz qapıçının üstünə gedir
77. "Mura"da ilk əvəzetmə: Eliç yerini Qruskovnyaka verir
80. Eteroviç də sarı vərəqə ilə cəzalanır
83. Hacıyevin zərbəsi qapıdan yan keçir
85. Parks da qapıya dəqiq zərbə endirə bilmir
89. Elvinin uzaqdan zərbəsi qapıdan yan keçir
90. "Bakı" növbəti korneri vurur: Juniorun ötürməsini qapıya göndərən tapılmır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Əks-hücum zamanı Fayiçin zərbəsini Aqil çətinliklə də olsa, dəf edə bilir
90+2. "Bakı" cərimə zərbəsi qazanır: Karqbo yaxın məsafədən topu tora qovuşdura bilmir
Matç başa çatdı
