5 iyul 2012 02:03
“Mənə deyidilər ki, Bakı təhlükəlidi, orda müharibə gedir”
“İnter”in yeni transferi Brüs Abdulaye Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniya “Trans”ı ilə ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “İnter”ə keçidiniz necə alındı?
- Məlum olduğu kimi, “Metz” Fransa çempionatının yüksək liqasını tərk etdi. Belə olan halda mən Fransanın ikinci liqasında oynamaq istəmədim. “İnter”in menecerləri ilə söhbətim oldu. Onlar məndən soruşdular ki, Azərbaycana gəlmək istəyirsən? Düzünü desəm, mən bu ölkə və klub barədə heç nə bilmirdim. Amma “Qəbələ”də çıxış edən Viktor Mendidən bəzi məlumatlar aldım. O, mənə hər şeyi danışdı. Bildirdi ki, “İnter” güclü, ciddi komandadı, səviyyəli məşqçisi var.

- “Metz”dən Azərbaycana sizdən öncə də bir futbolçu gəlmişdi – Stefan Barbikoni...
- O ki mənim dostumdu. Onunla hər gün söhbətləşirik. Stefan Bakı haqda hər şeyi danışıb. Bildirib ki, böyük şəhərdi. Həmçinin ölkədəki bank sistemindən də söhbət açıb. Bildiyimə görə, Azərbaycan çempionatında müxtəlif ölkələrdən çoxlu legionerlər çıxış edir.
- Amma siz Konqodan olan ilk legionersiz. İndiyə qədər həmyerliləriniz klublarımızın heyətinə düşə bilməyiblər...
- Mən peşəkar oyunçuyam. Əgər Konqo yığmasında oynaya bilirəmsə, deməli, problem yoxdu.
- Fransa çempionatını daha zəif Azərbaycan birinciliyinə dəyişdiyinizə görə peşman deyilsiz?
- Bunda heç bir probem görmürəm. Bizim əla komandamız, məşqçimiz var. “İnter” yüksək səviyyəli komandadı. Bizi dünya çempionatının təsnifat mərhələsinin oyunları gözləyir. Bu üzdən də mənim üçün “İnter”də oynamaq yaxşıdı. Çoxlu oyun təcrübəsi qazana biləcəyəm ki, yığmaya da hazır gedə bilim. Bəziləri deyirdilər ki, sən dəli olmusan, Azərbaycana gedirsən. Amma bu, mənim üçün ağılsızlıq deyil. Əksinə gələcəyim üçün önəmlidi.

- Dostlarınız bu addımınıza çoxmu təəccübləndilər?
- Onlar heç Bakının şəklini görmədən deyirdilər ki, Azərbaycanda müharibədi, ora təhlükəlidi... Amma başa saldıqdan sonra hamısı yerlərində oturdular. Avroviziya kimi yarışma Bakıda keçirildi. Hamı bu şəhərin gözəlliklərini gördü. Hansı təhlükədən söhbət gedə bilər? Bilmədiyin şey haqda necə danışmaq olar?
- “İnter”dəki əsas hədəfləriniz nədən ibarətdi?
- Komandanın baş məşqçisi məni heyətdə görmək istədiyini deyəndə çox sevindim. Fikrimcə, Sloveniya toplanışı zamanı yaxşı çalışdıq. İndi isə Avropa Liqasının oyunları başlayır. Maksimum hazır olmaq istəyirik.

- Sizcə, “İnter” Avroliqanın qrup mərhələsinə düşə bilər?
- Bunu mümkün hesab edirəm. Komandamız hər gün məşqlərdə öz üzərində çalışır. Tsxadadze bizim tam olaraq Avroliqaya köklənməyimizi istəyir. İşimizə diqqətlə yanaşmağımızı tələb edir. Əgər işə ciddi yanaşsaq, qrup mərhələsinə vəsiqə qazana bilərik.

- Bu yolda ilk rəqibiniz “Trans”dı...
- Rəqibə hörmətlə yanaşmalıyıq. Bu, sıradan komanda deyil. Amma biz qələbə qazanmaq istəyirik. Belə olan halda Bakıda işimiz asan olacaq.