5 iyul 2012 13:42
Olimpik özünə yeni baş məşqçi tapdı
Bir neçə gün öncə Didye Deşamla yollarını ayıran Fransanın “Olympique” (Marsel) klubu yeni baş məşqçinin adını açıqlayıb. Azerisport.az xəbər verir ki, Marsel təmsilçisini bundan sonra Elie Baupla iki illik müqavilə imzalayıb.
2009-cu ildə "Nant"dan ayrılan 57 yaşlı mütəxəssis 3 mövsüm idi ki, işsiz qalmışdı. Lakin buna baxmayaraq, Marsel klubunun rəhbərliyi baş məşqçi postunu 2014-cü ilə qədər Baupa həvalə edib.
Qeyd edək ki, Baup 1999-cu ildə "Bordo" klubu ilə Fransa çempionluğu sevinci yaşamışdı.
