5 iyul 2012 14:15
“Bakıya qələbə ilə qayıtmağa çalışacağıq”
“İnter”in müdafiəçisi Ruslan Əmircanov bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları Estoniya “Trans”ı ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “bankirlər”in yeni transferi bunları dilə gətirib:
“Hamı deyir ki, “Trans” zəifdi və biz dəqiq mərhələ keçəcəyik. Amma Avropa Liqasına zəif komanda yoxdu. Zəif hazırlaşsaq və düşünsək ki, çıxıb rahatca iki qol vuracağıq, problemlə üzləşə bilərik. Ona görə də oyuna ciddi yanaşmaq, diqqətli olmaq lazımdı. Bakıya yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Ümid edirəm ki, qələbə ilə”.
