5 iyul 2012 14:35

Qarabağdan növbəti transfer bombası

“Qarabağ” Qızılcahamamda hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, eyni zamanda transfer çalışmalarını da sürdürən komanda daha bir keçidi rəsmiləşdirib.
 
Belə ki, Ağdam klubu braziliyalı Riçard Almeyda de Oliveyra ilə anlaşıb. Qısaca olaraq, Riçard adlandırılan futbolçu artıq “Qarabağ”ın Qızılcahamamdakı düşərgəsindədi.
 
Portuqaliya yüksək divizionunda çıxış edən “Jil Visente”nin formasını geyinən Riçard Almeyda de Oliveyra pleymeykerdi. 9-cu yeri tutan komandasında ötən mövsüm 29 oyuna çıxan 23 yaşlı orta sahə oyunçusu solaxaydı. Riçardla tibii müayinədən keçdikdən sonra 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, 1989-cu ilin 20 martında San Pauloda dünyaya gələn Riçard 2010-cu ildə Braziliyanın “Santo Andre” klubunda 4 oyun keçirib. 2010-cu ildə Portuqaliyanın “Jil Visente” klubuna keçən futbolçu komandanın əsas oyunçusuna çevirilib. Belə ki, o, 2010-2011 və 2011-2012 Portuqaliya klubunda 57 oyun keçirib. bu müddətdə 6 qol vuran Riçard 9 sarı vərəqə alıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.