5 iyul 2012 14:53

Denis İvanov: Bakıda qapı xətti ilə bağlı problem olduğunu düşünmürəm

“Bakı”nın müdafiəçisi Denis İvanov azerisport.az saytına müsahibəsində Avropa Liqasının birinci təsnifat mərhələsində üz-üzə gələcəkləri Sloveniya “Mura”sı ilə oyundakı şanslarından danışıb.
 
“Mura” ilə yoxlama oyununu Avroliqa matçı ilə eyniləşdirmək olmaz. Bu dəfə biz tamamilə fərqli komanda, daha güclü mübarizənin şahidi olacağıq. Bilirik ki, həmin oyunda heç də əsas heyətlə oynamırdılar. Odu ki, Bakıdakı oyun tamamilə fərqli olacaq. 4:0 hesabıyla qələbə qazandığımız oyunda isə onların heyətində daha çox əvəzedicilər çıxış edirdilər. Daha sonra bizim məşqçilərimiz onların digər sınaq matçlarına da baxmışdı. Məhz bu zaman tamam fərqli komanda gördüklərini deyirlər. Buna görə heç həmin qələbə barədə düşünməyimizə də dəyməz”.
 
İvanov “Bakı”nın qapıçı problemini yola qoya bilməməsinə də münasibət bildirib: “Düzünü deyim ki, mən heç qapı xətti ilə bağlı problem olduğunu düşünmürəm. Aqil əla qapıçıdı. Ona görə də narahat olmağa dəyməz. Hər şey yaxşı olacaq. Qapıçımız buna ümid verir”.

Qeyd edək ki, Aqil Məmmədovun ümidinə qalan “Bakı” son anda qapıçılarla işləyən məşqçi Xalidu Sissokonu da sifariş etmək məcburiyyətində qalıb.

Təcrübəli müdafiəçi rəqib komandanın viza probleminə görə Bakıya gec gəlməsinin də özləri üçün əlavə şans yaratdığını düşünmür: “Baxarıq. Hər şeyi oyun göstərəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.