5 iyul 2012 15:16
“Qarabağla böyük uğurlar qazanacam”
“Qarabağ”ın yeni transferi - braziliyalı Riçard Almeyda de Oliveyra bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Hara gəldiyimi çox yaxşı bilirəm. Yeni komandam haqqında ətraflı məlumatım var. Daim avrokuboklarda çıxış edir. Üstəlik, komanda gənc və ambisiyalıdı. Komandanın baş məşqçisiylə sphbət etdikdən sonra nə istədiyini yaxşı başa düşdüm. Mən komanda oyunçusuyam. Bura komandanın uğur qazanmasına yardım etmək üçün gəlmişəm. Hər zaman komanda üçün oynamağa çalışmışam. İnanıram ki, “Qarabağ”la böyük uğurlar qazanacam”.