5 iyul 2012 15:32
Yığmamız Almaniyada yenə məğlubiyyətlə üzləşdi
Almaniyanın Duysburq şəhərində təşkil olunmuş DFB - Federasiyalar Kubokunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Mecklenburg-Vorpommern” komandası ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.
Yığmamızın heyətində Vüqar Əlibabayev fərqlənib.
