5 iyul 2012 15:58
Berti Foqts Lənkəranda, Nazim Süleymanov Bakıda
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində bu gün saat 20:00-da, Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək "Xəzər Lənkəran" - "Nomme Kalyu" (Estoniya) oyununu stadionda izləyəcək. Azerisport.az xəbər verir ki, onun köməkçisi – Nazim Süleymanov isə digər komandamızın oyununda olacaq.
Belə ki, Süleymanov da “Dalğa Arena”da keçiriləcək “Bakı”nın Sloveniya “Mura”sı ilə görüşünü canlı izləyəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.
