5 iyul 2012 17:10
Qəbələnin sabiq futbolçusu Türkiyə klubunda
“Qəbələ”nin sabiq futbolçusu Serje Cehua özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, Kot-D`İvuardan olan futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Belə ki, afrikalı oyunçu “Boluspor”la müqavilə bağlayıb. Klubun rəsmi saytının məlumatına görə, tibbi müayinədən keçən Serjlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2011-ci ildə “Antalyaspor”dan “Qəbələ”yə keçən futbolçu ölkəmizdə 9 oyun keçirib və 2 qol vurub. O, əvvəllər vətənində “Stella Club”, Carda isə “Kayzer Çiefs” və “Royal Zulu” klublarının formasını geyinib.
