5 iyul 2012 17:28

Petar Zlatinov: Məndən qol gözləyin

“İnter”in yarımmüdafiəçisi Petar Zlatinov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniya “Trans”ına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

- Biz çoxdan bu oyunu gözləyirdik. Fikrimcə, qarşılaşmaya yaxşı hazırlaşmışıq. Əsas odu ki, ilk oyunda müsbət nəticəyə nail olaq.

- “İnter” üçün ancaq qələbə müsbət nəticə hesab olunacaq?
- Həmişə demişəm, yenə də deyirəm ki, biz meydana həmişə qələbə üçün çıxırıq. “Trans”la qarşıdakı oyun da istisna deyil. Odu ki, bu oyundan da qələbə ilə ayrılmağa çalışacağıq.
 
- Rəqib haqda nə öyrənə bilmisiz?
- Hələ ki, heç nə. Yəqin ki, məşqçilər oyun öncəsi “Trans”ın güclü və zəif tərəflərini bizə söyləyəcəklər. Əsas odu ki, baş məşqçimiz necə hücum etməli, müdafiə olunmalı olduğumuzu bilsin.
 
- İnternetdə rəqib haqda informasiya toplamamısız?
- Xeyr. İstənilən halda onları yaşıl meydanda görəcəyik. Sadəcə onu bilirəm ki, komanda hazırda Estoniya çempionatında beşinci yerdə gedir.
 
- Zlatinovdan Rakveredə nə gözləyək?
- Yaxşı oyuna ümid edirəm. Komandama kömək etmək istəyirəm. Əlbəttə, qol da gözləyə bilərsiz (gülür).
 
- Yoxlama oyunlarında komandanız o qədər də yaxşı təsir bağışlamadı...
- Əsas odu ki, toplanışı zədəsiz, itkisiz başa vurduq. Amma məğlub olduğumuz görüşlərin bəzisində qələbə qazanmağa borclu idik. Yaxşı təsir bağışlayırdıq. Sadəcə, qol epizodlarından lazımınca yararlana bilmədik. Ümid edirəm ki, qarşıdakı oyunlarda belə olmayacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.