5 iyul 2012 23:17
Yunis Hüseynov: XL növbəti mərhələyə adlayacaq
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Nomme Kalju”su ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:2 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Gərgin oyun alındı. İlk oyunda qələbə qazanmaq istəyirdik. Amma bizim sadəcə bəxtimiz gətirmədi. İki səhvə yol verdik, ikisində də qol buraxdıq. Mən komandanın oyunundan razıyam. Fikrimcə, növbəti mərhələyə də biz keçəcəyik. Hakimliyə gəlincə, baş hakim özünü itirmişdi. O, heç bilmirdi necə fit çalsın”.