5 iyul 2012 23:22
İqor Prins: XL ötürmələrdə çoxlu səhvlərə yol verirdi
Estoniyanın “Nomme Kalju” klubunun baş məşqçisi İqor Prins Avropa Liqasının birinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:2 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Çətin oyun oldu. Digər tərəfdən isti də komandama təsirsiz ötüşmədi. Buna baxmayaraq, biz əks-hücumlar təşkil edə bildik. Xüsusilə ikinci hissədə daha yaxşı oynadıq. Müdafiəçilərimiz yaxşı oynadılar. Rəqib ötürmələrdə çoxlu səhvlərə yol verirdi. Nəticədən razıyam. Fikrimcə, növbəti mərhələyə adlamaq üçün yaxşı şansımız var”.