5 iyul 2012 23:29
“Bakıda işimiz daha asan olacaq: gəzərik, çimərik”
Estoniyanın “Trans” klubunun baş məşqçi əvəzi Aleksey Yaqudin Avropa Liqasının birinci təsnifat mərhələsinin “İnter”lə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:5 hesablı məğlubiyyətlə üzləşdiyi görüşdən sonra bunları dilə gətirib:
“Mən heç rəqibimizin bu qədər güclü komanda olduğunu gözləmirdim. “İnter” çox sürətli oyun sərgiləyirdi. Amma buna baxmayaraq, təəccüblənmədim. Çünki klublarımız arasındakı fərq görünür. 5:0 reallığı əks etdirən hesabdı. Bakıda işimiz daha asan olacaq. Təzyiq hiss etmədən oynayacağıq. Bakıda gəzərik, dənizdə çimərik”.