5 iyul 2012 23:34
Novruz Əzimov: Mərhələ adlamaq üçün cavab görüşündə daha yaxşı oynamaq lazımdı
“Bakı”nın baş məşqçisi Novruz Əzimov Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Biz yaxşı oynadıq. Amma qol vəziyyətlərindən yararlana bilməməyimiz qələbə qazanmağımıza mane oldu. Bu oyunu analiz edib, nəticə çıxarmalıyıq. İkinci mərhələyə vəsiqə qazanmaq istəyiriksə, cavab görüşündə daha yaxşı oynamalıyıq”.