5 iyul 2012 11:14
Bu gün Bakıda FIFA Media Seminarı keçiriləcək
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə hazırılıq işləri Yerli Təşkilat Komitəsi (YTK) ilə FIFA-nın sıx əməkdaşlıq fəaliyyəti çərçivəsində davam etməkdədi. Azerisport.az xəbər verir ki, hazırlığın bu mərhələsində KİV nümayəndələrinin proseslərdə daha yaxından və effektiv iştirakını təmin etmək üçün YTK tərəfindən bu gün saat 13:30-dan 15:30-a qədər Beynəlxalq Muğam Mərkəzinin “UD” Kafesində Media Seminarı keçiriləcək.
Seminarda əsas məqsəd çempionata hazırlıq mərhələsində və çempionat dövründə KİV-ə turnir xəbərləri və ən son yeniliklərlə bağlı maneəsiz informasiya axınını təmin etmək üçün ümumi məlumatlar təqdim etmək və KİV nümayəndələrinin çempionatla bağlı suallarını cavablandırmaqdı.
YTK nümayəndələri ilə yanaşı FIFA Media Mütəxəssisləri Seminarda bilavasitə iştirak edərək FIFA-nın rəsmi Media prosedurlarını yerli KİV nümayəndələrinə açıqlayacaqlar. KİV nümayəndələrinin seminarda iştirakı sərbəstdi.
