5 iyul 2012 11:23
Mura nəhayət ki, Bakıdadı
Sloveniyanın “Mura” klubunun Bakıya başıbəlalı səfəri nəhayət ki, gerçəkləşib. Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi “Bakı”nın qonağı olacaq Sloveniya təmsilçisi gecə 01:20-də Heydər Əliyev adına beynəlxalq hava limanına eniş edib.
“Zolaqlılar”ın rəqibi 11 saat yolda olub. Bu üzdən də təbii ki, onların məşq etməyə imkanları olmayıb. Amma bu gün qısa məşq etmələri istisna deyil.
Qeyd edək ki, “Mura” Bakıya viza probleminə görə gələ bilmirdi. Amma gec də olsa, məsələyə “Bakı” və AFFA rəhbərliyi qarışdıqdan sonra, onların problemi yoluna qoyulmuşdu.
