5 iyul 2012 23:45
“Şadıq ki, Bakıdan qol buraxmadıq”
Sloveniyanın “Mura” klubunun baş məşqçisi Frank Tayf Avropa Liqasının birinci təsnifat mərhələsinin “Bakı” ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Çox çətin oyun oldu. Amma bu, sadəcə birinci görüş idi. Biz şadıq ki, qol buraxmadıq. Bu, bizim qarşımızda duran əsas vəzifə idi. Bilirdik ki, “Bakı” çətin, ambisiyalı rəqibdi. Son dövrlər bizim bir sıra problemlərimiz oldu. Öncə klubun prezidenti getdi, daha sonra baş məşqçi. Bütün bunlar təbii ki, oyunumuza təsirsiz ötüşmür”.
