5 iyul 2012 11:49
Vladimir Levin: İlk oyunlar heç vaxt asan olmur
“İnter”in müdafiəçisi Vladimir Levin bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları Estoniya “Trans”ı ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “bankirlər”in kapitanı bunları dilə gətirib:
“Hesab edirəm ki, biz Avropa Liqasına uğurlu start vermək üçün yaxşı təlim-məşq toplanışı keçə bildik. Amma ilk oyunlar heç vaxt asan olmur. Biz inamlı oyun sərgiləməli, qələbə qazanmalıyıq. Əlbəttə “Lech”ə məğlubiyyətin təsiri hələ də qalmaqdadı. Amma bu dəfə uğurlu çıxış etmək istəyirik”.