5 iyul 2012 00:33
“Lənkərana yaxşı nəticə üçün gəlmişik”
Estoniyanın “Nomme Kalju” komandasının qapıçısı Vitali Teleş bu gün keçiriləcək Avropa Liqası birinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Lənkəran şəhərini gəzdim. Bazardakı insanlarla söhbətləşdim. Elə hiss etdim ki, keçmiş Sovetlər İttifaqına qayıtmışam. Oxşar şeyləri 80-ci ildə Belarusda da görmüşdüm. Bilirəm ki, sizdə yaxşı azarkeşlər var. Amma düşünürəm ki, biz duruş gətirə biləcəyik. Bura yaxşı nəticə üçün gəlmişik”.