5 iyul 2012 00:38
Ruslan Abışov: XL-dakı debüt matçımda qol vurmaq istəyirəm
“Xəzər Lənkəran”ın yeni müdafiəçisi Ruslan Abışov bu gün keçiriləcək Avropa Liqası birinci təsnifat mərhələsinin Estoniya “Nomme Kalju”su ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Xəzər Lənkəran”da özümü yaxşı hiss edirəm. Burda hər şey məni qane edir. Heç özüm də bu qədər asan olacağını gözləmirdim. Öz oyunumla kluba təşəkkürümü bildirmək istəyirəm. Biz uğurlu təlim-məşq toplanışı keçirdik. Avropa Liqasına hazır olduğumuzu düşünürəm. İlk oyunda mütləq qələbə qazanmaq lazımdı. “Xəzər Lənkəran” avrokuboklarda üzləşdiyi sindromu qırmalıdı. Mən də debüt matçımda qol vurmaq istəyirəm. Təbii ki, debüt matçım “Nomme Kalju” ilə görüşə təsadüf etsə”.