5 iyul 2012 12:49

Elnur Allahverdiyev: Ölərik, amma uduzmarıq

“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları Estoniya “Nomme Kalju”su ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Avroliqanın yeni mövsümündəki ilk oyunundan nə gözləyirsiz?
- Klubumuz tarixi ərzində avrokuboklarda hələ mərhələ keçə bilməyib. Halbuki, bunun üçün kifayət qədər şansımız da olub. Amma indi artıq bunun vaxtının gəldiyini düşünürəm. “Xəzər Lənkəran”da hamı bunu istəyir. Özü də baş məşqçimiz Yunis Hüseynovdu. Bu oyuna Avstriyada yaxşı hazırlaşa bilmişik. Dörd yoxlama oyunu keçirdik.

- Komanda hazırdı?
- 100 faiz haır olduğumuzu deməzdim. Necə də olmasa, mövsüm hələ başlamayıb.
 
- Bəs nə dərəcədə hazırsız?
- 90 faiz hazırıq. Əsas odu ki, komandada döyüşkən əhval-ruhiyyə var. Bu xoşagəlməz ənənəyə son qoyub, birinci mərhələni keçməliyik.
 
- Birdən yenə bəxtiniz gətirməsə necə?
- Çox, həddən artıq pis olacaq. Amma çətin ki komandada kimsə bu haqda düşünür. Bu, bizim üçün ölüm-qalım mübarizəsidi. Necə deyərlər, ölərik amma uduzmarıq.
 
- Estoniya klubu barədə nə deyərdiz?
- Ötən mövsüm də gördük ki, zəif komanda yoxdu. Xüsusilə də Azərbaycan klubları üçün. 100 faiz əminəm ki, rəqib də növbəti mərhələyə çıxmaq haqda düşünür. Özü də estonların böyük bir üstünlüyü var. Onlarda indi mövsümün qızğın vaxtıdı.
 
- Rəqib haqda daha nələri bilirsiz?
- Futbolçu oyun öncəsində nələri bilməlidisə, bizə də bu barədə məlumat veriblər. Rəqibə hörmətlə yanaşırıq. Onlar da avrokuboklarda öz ölkələrini təmsil edirlər və yaxşı nəticə qazanmaq istəyirlər.
 
- Amma buna baxmayaraq, “Nomme Kalju” indiyə qədər “Xəzər Lənkəran”ın avrokuboklarda qarşılaşdığı ən zəif komandadı...
- Hə, Estoniya klubudu. Amma unutmayın ki, biz Moldova komandaları ilə də üzləşmişik. Onlar da zəif idilər. Amma yekunda biz mərhələ keçə bilməmişdik. Bu dəfə isə əksinə olacaq.

- Bunu nəyə əsasən deyirsiz?
- Çünki biz indi daha güclüyük. Bu, elə-belə söz deyil.
 
- Bunu necə isbatlaya bilərsiz?
- İlk dəqiqələrdən pressinq tətbiq edəcəyik, hücumlar quracağıq. Böyük hesabla qalib gəlmək istəyirik. Belədə cavab oyununa daha yaxşı əhval-ruhiyyədə yollana bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.