5 iyul 2012 00:55
Transın məşqçisi İnterin məşqini izlədi
Azərbaycanın Avropa Liqasında təmsil edəcək “İnter” bu turnirin birinci təsnifat mərhələsinin Estoniya “Trans”ı ilə ilk oyunu öncəsi ötən gün son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, Rakveredəki eyni adlı stadionda baş tutan “bankirlər”in oyun qabağı son çalışmasını rəqib düşərgədən də izləyən olub.
Belə ki, “Trans”ın baş məşqçi funksiyasını yerinə yetirən Aleksey Yaqudin məşqi şəxsən izləyib. “Trans” – “İnter” matçı bu gün keçiriləcək və saat 20:30-da başlayacaq.
