6 iyul 2012 00:55

Tsxadadze: Azərbaycanın hesabına mümkün qədər çox xal yazdırmalıyıq

“İnter”in hücumçusu Baçana Tsxadadze Avropa Liqasının birinci təsnifat mərhələsində Estoniya “Trans”ına qarşı keçirilən ilk oyundan (5:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Trans”la ilk oyununuzu necə şərh edərdiniz?
- Belə hesabla qalib gəlmək xoşdu. Oyun da kifayət qədər yaxşı alındı. Hamı öz işini lazımı səviyyədə görməyə çalışırdı. Məşqçilərin verdikləri tapşırıqları düzgün yerinə yetirdik. 5:0 hesabı bizi qane etsə də, daha çox qol vura bilərdik.
 
- “İnter” 3:0-dan sonra da dayanmadı. Belə qol iştahası sizdə hardandı?
- Sloveniyadakı yoxlama oyunlarında da biz pis təsir bağışlamamışdıq. Amma o oyunlarda istədiyimiz qolları vurmaq alınmırdı. Görünür onun təsirindən idi. Ümid edək ki, bu tendensiya öz davamını tapacaq.
 
- “Trans”ın artıq Bakıya gəlməsinə ehtiyac da qalmayıb...
- Rəqib haqda alçaldıcı ifadə işlətmək istəmirəm. Onlar da sona kimi döyüşdülər, əla təsir bağışladılar. Təslim olmaq istəmirdilər. Hətta 90-cı dəqiqədə də müqavimət göstərirdilər.
 
- Bu oyunda dubla imza atdınız. Yenə vura bilərdiniz?
- Bəli. Daha çox qol vurmağa borclu idim. Bunu növbəti oyunlarda etməyə çalışacağam.
 
- Bakıdakı oyuna hansı hisslərlə çıxacaqsız. Hər halda 5:0-dan sonra oyuna köklənmək çətindi...
- Toparlanmaq, peşəkar olmaq lazımdı. Ölkənin reytinqi var. Biz Azərbaycanın hesabına mümkün qədər çox xal yazdırmalıyıq.
 
- “Bakı” və “Xəzər Lənkəran”ın öz rəqiblərini evdə məğlub edə bilməməsini necə qarşıladınız?
- Çox təəccübləndim. Bunu ümumiyyətlə gözləmirdim. Hər halda cavab oyunu var. Hamısına mərhələ keçməyi arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.