6 iyul 2012 01:09
Elnur Allahverdiyev: Rəqibi darmadağın etməyə borclu idik
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Avropa Liqasının birinci təsnifat mərhələsinin Estoniya “Nomme Kalju”su ilə ilk oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandasının 2:2 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Mənim sadəcə sözüm yoxdu. Başa düşə bilmirəm ki, biz niyə qələbə qazana bilmirik. Bu gün biz qələbə qazanmağa borclu idik. Özü də böyük hesabla. Amma yenə alınmadı. İnanıram ki, cavab matçında istədiyiməz nail olacağıq”.
