6 iyul 2012 01:18
Mura Bakı ilə oyuna... Bakının forması ilə çıxıb (FOTO)
Sloveniyanın “Mura” klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Bakı” ilə ilk oyun öncəsi daha bir problemlə üzləşib. Azerisport.az xəbər verir ki, bu komanda qarşılaşma öncəsi geyməyə forma tapa bilməyib.
Daha doğrusu komandanın özü ilə gətirdiyi formanın rəngi meydan sahibləri – “Bakı”nın formaları ilə üst-üstə düşdüyündən, hakim onlara fərqli geyinməyə məcbur edib. Lakin onların başqa formaları olmadığından, yenə dadlarına rəqib komanda çatıb. Belə ki, “zolaqlılar” öz ehtiyat formalarını Sloveniya klubuna verməli olublar.
Maraq üçün bildirək ki, Sloveniya klubu bu görüş öncəsi Bakıya gəlməyə viza da tapa bilmirdi. Onların həmin problemi də məhz “Bakı” rəhbərliyinin məsələyə müdaxiləsindən sonra çözülmüşdü.
