6 iyul 2012 01:25
Bakı İnterinin sabiq futbolçusu Portuqaliya çempionatında
Bakı “İnter”inin sabiq futbolçusu Danildo Assioli özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, “bankirlər”in sabiq braziliyalı müdafiəçisi bundan sonra karyerasını yenə Portuqaliya çempionatında davam etdirəcək.
Belə ki, o, “Santa Clara” klubu ilə müqavilə imzalayıb. Maraq üçün xatırladaq ki, Assioli 2008-ci ildə “İnter”ə gələnədək də məhz bu komandanın şərəfini qoruyurdu. Sözügedən komandada 57 oyuna çıxan braziliyalı futbolçu 3 qola da imza atmışdı.
Assioli “İnter”də 2009-2012-ci illər aralığında 61 oyun keçirib, 3 qol vurub.
