6 iyul 2012 01:44
İnter Estoniyada dəstəksiz qalmadı (FOTO)
“İnter” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniyanın “Trans” klubu ilə səfərdə keçirdiyi ilk oyunda dəstəksiz qalmayıb. Azerisport.az xəbər verir ki, bir qrup həmyerlimiz “bankirlər”ə stadiondan dəstək olub.
Azerisport.az saytının Rakvere şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, onların sayı təxminən 15 nəfər olub. Paytaxt Tallindən gələn həmyerlilərimiz komandamıza “Rakvere” stadionunda dəstək olmalarına görə peşman olmayıblar və bunun qarşılığında 5 cavabsız qol izləyiblər.
