6 iyul 2012 01:52
Simurqun oyununda dava düşdü, matç yarıda dayandırıldı
Türkiyədə təlim-məşq topalınışında olan “Simurq” sonuncu yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin rəqibi İranın “Peykan” komandası olub.
Lakin matç başa çatdırılmayıb. Belə ki, qarşılaşma 60-cı dəqiqədə dayandırılıb. Buna səbəb dava düşməsi olub. Çox sərt mübarizə şəraitində keçən qarşılaşmada bir neçə futbolçu zədələnib və sona yaxın meydanda dava düşüb. Bu səbəbdən qarşılaşma vaxtından əvvəl dayandırılıb.
Qeyd edək ki, "Simurq" Kartepedeki hazırlıq dövründə daha iki yoldaşlıq görüşü keçirmişdi. Bu qarşılaşmalarda Georgi Çixradzenin yetirmələri yerli "Kocaelispor"u 4:2 hesabı ilə məğlub edib, "Spartak" (Naliçik, Rusiya) ilə oyunda sülh bağlamışdı - 1:1.
