6 iyul 2012 02:08
AZAL Türkiyə mətbuatının diqqət mərkəzində
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan AZAL Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, qardaş ölkənin aparıcı internet saytlarından olan “ajansspor” Bakı klubunun hazırlıqları ilə bağlı məqalə dərc edib.
Xəbərdə İspartadakı “Davraz Kayak Merkezi”ində hazırlıq keçən AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun da fikirlərinə yer verilib: “Türkiyəyə bundan əvvəlki illərdə də dəfələrlə təlim-məşq toplanışı keçmək üçün gəlmişəm, amma Davrazda ilk dəfə oluram. Bura toplanış üçün hər cür şəraiti olan bir yerdi. Gözəl meydançaları var”.
Türkiyədə iyulun 13-dək hazırlıq keçəcəklərini bildirən Sadıqov yeni mövsümdə hədəflərinin avrokuboklara qatılmaq olduğunu deyib: “Mövsüm öncəsi hazırlıqlarımızı burda keçəcəyik. Davrazda 3 yoldaşlıq oyunu keçirmək planlaşdırılıb. Yoldaşlıq matçlarımız iyulun 6-sı, 9-u və 12-də olacaq. İyulun 13-də isə Boluya yollanıb hazırlıqlarımızı orda davam etdirəcəyik. Boluda 4 yoxlama oyunu keçirmək fikrimiz var. Ordakı toplanış iyulun 28-də yekunlaşacaq”.
