6 iyul 2012 02:12
Xəzər Lənkəranın potensial rəqiblərinin qarşılaşmasından Lech qalib ayrıldı
“Xəzər Lənkəran”ın Avropa Liqasındakı potensial rəqiblərinin oyunu keçirilib. Azerisport.az xəbər verir ki, Lənkəran klubu “Nomme Kalyu” səddini keçəcəyi halda “Lech” (Polşa) – “Jetisu” (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Bu komandalar ötən axşam Polşada qarşılaşıblar. “Lech” Orta Asiyadan olan rəqibini 2:0 hesabı ilə yenib. Polşalıların heyətində Muravski (61-ci dəqiqə) və Gergo Lovrenşiç (65-ci dəqiqə) fərqlənib.
Qeyd edək ki, digər klublarımızdan “Bakı” mərhələ adlayacağı halda Bolqarıstanın CSKA, “İnter” isə Yunanıstanın “Asteras” klubu ilə qarşılaşacaq.
