6 iyul 2012 02:33
Bakı makedoniyalı və seneqallı qapıçılarla danışıq aparır
Azərbaycan kubokunun qalibi “Bakı” transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırda əsasən qapıçı problemini yoluna qoymağa çalışır.
“Zolaqlılar”a Makedoniya və Seneqaldan olan qapıçılar təklif olunub. Həmin futbolçuların adları hələlik açıqlanmır. “Bakı” rəhbərliyi isə Sloveniya “Mura”sı ilə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa kimi qapıçı problemini yoluna qoymağı planlaşdırır.
Qeyd edək ki, həmin görüş iyulun 12-də keçiriləcək. Paytaxt klubu qapıçı ilə yanaşı, bir hücumçu da almaq istəyir.
