6 iyul 2012 02:45
Millimizin hücumçusu Avropa Liqasında qələbəyə sevindi
Futbol üzrə Azərbaycan millisinin üzvü Vüqar Əsgərovun çıxış etdiyi Latviyanın “Metallurg” klubu Avropa Liqasında ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Liepaya təmçilsisi San Marinonun “La Fiorita” klubunun qonağı olub.
Vüqarın komandası səfər oyununda 2:0 hesablı qələbə qazanıb. “Metallurg”un heyətində Ritis Lelyuqa və “Simurq”un sabiq üzvü Gennadi Solonitsin fərqlənib.
“Metallurg”un məşqçilər korpusu Vüqarın adını 18-liyə salsa da, meydana buraxmayıb. Millimizin üzvü qələbəni ehtiyat oyunçular skamiyasından izləyib.
