6 iyul 2012 03:04
Evini yandıran futbolçuya 3 il 9 ay həbs cəzası
Almaniyanın “Bayern” klubunun sabiq üzvü Breno həbs olunub. Azerisport.az xəbər verir ki, buna səbəb onun yaşadığı evi yandırması olub.
Belə ki, Breno 2011-ci ilin 20 sentyabrında yaşadığı evi yandırıb. Bir müddətdi məhkəmə qarşısında olan futbolçu üçün dövlət ittihamçısı Nikolaus Lans 5 il 6 ay iş istəyib. Lakin Münhen məhkəməsi ona 3 il 9 ay həbs cəzası verib.
Qeyd edək ki, Breno məhkəmə qərarı açıqlanmadan az öncə “Bayern” klubundan və evin sahibindən yaşanan olaylara görə üzr istəmişdi.
